Modern.az

“Sinovac”la bağlı qərar verildi

“Sinovac”la bağlı qərar verildi

Aktual

1 İyun 2021, 20:34

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksininə təcili istifadə icazəsi verib.

 

Modern.az xəbər verir ki, təşkilatın yaydığı açıqlamada peyvəndin 18 yaşdan yuxarı şəxslərdə ilk doz və ikinci doz arasında 4-8 həftə olmaqla istifadəsi tövsiyə edilib.

 

Bildirilib ki, vaksin yuxarı yaşlarda daha təsirlidir, ona görə “Sinovac” peyvəndində yaş baxımından limitə ehtiyac yoxdur.

 

ÜST-ün təsdiqi ilə “Sinovac”ın COVAX vasitəsilə yoxsul ölkələrə paylanılmasının qarşısındakı əngəl qalxmış olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı