Modern.az

Ancelotti yenidən “Real”a baş məşqçi gətirildi 

Ancelotti yenidən “Real”a baş məşqçi gətirildi 

Aktual

1 İyun 2021, 22:05

Karlo Ancelotti İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

O, bu postda mayın 27-də komandanı tərk etmiş Zinəddin Zidanı əvəzləyib.

 

Qeyd edək ki, Karlo Ancelotti 2013-2015-ci illərdə “Real”ı çalışdırıb və komanda ilə İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı