Modern.az

Şəhid və qazi ailələrinə töhfə

Şəhid və qazi ailələrinə töhfə

Aktual

2 İyun 2021, 11:52

 

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə sanatoriyanın ərazisində açıq havada  şəhid ailələrinin və qazilərin uşaqlarına 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  tədbir təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanmış, uşaqlara hədiyyələr təqdim olunmuşdur.

 

Qeyd edək ki, həftənin bazar günləri Naftalan şəhərində yeni fəaliyyətə başlayan “Gold Naftalan” sanatoriya kompleksi şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının uşaqlarını ödənişsiz olaraq kompleksin əyləncə mərkəzində əylənməyə, atraksionlardan, hovuzdan  istifadə etməyə dəvət edir. 

 

Tədbir ( COVİD-19) pandemiya qaydalarına uyğun həyata keçirilib.




Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı