Modern.az

Deputat Naqif Həmzəyev seçiciləri ilə görüşüb

Deputat Naqif Həmzəyev seçiciləri ilə görüşüb

مورد توجه

3 İyun 2021, 13:28

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə bir araya gəlib.

 

Modern.az xəbər verir ki, ənənəvi olaraq keçirilən qəbulda vətəndaşlar sosial problemlərinin həlli, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması, tibbi yardım, məşğulluq məsələləri və fəxri adların verilməsi kimi məsələlərlə Naqif Həmzəyevə müraciət ediblər.

 

Vətəndaşları diqqətlə dinləyən deputat səsləndirilən müraciətlərin tez bir zamanda müsbət həlli üçün adiyyatı qurumları məlumatlandıracağını bildirib. Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı