Modern.az

Qırğızıstanın müdafiə naziri dəyişdirildi

Qırğızıstanın müdafiə naziri dəyişdirildi

Aktual

6 Sentyabr 2021, 17:18

Qırğızıstan Prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevi vəzifəsindən azad edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, müvafiq fərman imzalayıb.

 

T.Omuraliyevin başqa vəzifəyə keçməsi ilə əlaqədar işdən çıxarıldığı bildirilib.

 

Eyni zamanda Baktıbek Bekbolotov ölkənin yeni müdafiə naziri təyin olunub.

 

Qeyd edək ki, Taalaybek Omuraliyev bu ilin mayında Qırğızıstan müdafiə naziri təyin olunmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı