Modern.az

Gimnastımız dünya kubokunda iştirak etdi

Gimnastımız dünya kubokunda iştirak etdi

Aktual

6 Sentyabr 2021, 21:32

2-5 sentyabr tarixlərində Sloveniyanın Koper şəhərində idman gimnastikası üzrə ənənəvi dünya kuboku təşkil edilib.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, bu yarışda Azərbaycan təmsilçisi, qadın idman gimnastikası üzrə yığma komandanın üzvü Milana Minakovskaya da iştirak edib.

 

Böyük gimnastlar arasında bu ildən çıxış etməyə başlamış Milana kubokda 2 alət üzrə yarışıb. O, müxtəlif hündürlüklü qollarda 17, gimnastika tirində isə 24-cü olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı