Modern.az

Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıtdı

Paralimpiyaçılarımızın növbəti qrupu Vətənə qayıtdı

Aktual

7 Sentyabr 2021, 11:00

Bu gün Milli Paralimpiya Komandasının bir qrup üzvü vətənə qayıdıb.

 

Modern.az-ın məlumatına görə, Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən idmançılarımız Bakıya qayıdıb. İdmançılarımızı hava limanında azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

 

İdmançılarımız yarışlarla bağlı öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.

 

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı