Modern.az

Azərbaycan-Türkiyə hərbçilərinin sualtı hücum təlimləri - VİDEO

Azərbaycan-Türkiyə hərbçilərinin sualtı hücum təlimləri - VİDEO

Aktual

7 Sentyabr 2021, 11:36

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

 

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı