Modern.az

Şəhid ailələri Azərbaycan -Portuqaliya oyununu izləyəcək

Şəhid ailələri Azərbaycan -Portuqaliya oyununu izləyəcək

Aktual

7 Sentyabr 2021, 13:00

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan -Portuqaliya oyununa AFFA tərəfindən şəhid ailələrinin üzvlərinə və şəhid övladlarına bilet ayrılıb.

 

Modern.az xəbər verir ki, bu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə YAŞAT Fondu arasında mövcud əməkdaşlıq çərçivəsində baş tutub.

 

Xatırladaq ki, AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində YAŞAT Fondunun vasitəçiliyi ilə Avro-2020-nin Bakıda keçirilmiş oyunları üçün də şəhid övladlarına biletlər təqdim etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı