"Çox sağ olun cənab Prezident. Əvvəlcə icazə verin, göstərdiyiniz bu etimada, haqqımda deyilən bu sözlərə görə Sizə dərin minnətdarlığımı bildirim. Bu, mənim üçün böyük bir şərəfdir".
Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən deyib.
"Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam. Söz verirəm ki, əlimdən gələni edəcəyəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun", - yeni nazir bildirib.