Modern.az

Azərbaycanda bir gündə nə qədər toy olub? - Nazirlik açıqladı

Azərbaycanda bir gündə nə qədər toy olub? - Nazirlik açıqladı

Aktual

7 Sentyabr 2021, 17:42

Azərbaycanda iyulun 1-dən bu günə - 68 gün ərzində 14 min nikah qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.

 

2020-ci il iyul ayının 1-dən sentyabrın 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.

 

Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 206 nikah mərasimi keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı