Yeniyetmə və gənclərdən ibarət badminton üzrə Azərbaycan millisi Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB oyunlarında mübarizəyə başlayıb.
Modern.az xəbər verir ki, ilk oyunda Belarusu 4:1 hesabı ilə məğlub edən yığmamız ikinci turda eyni hesabla Özbəkistana qalib gəlib.
Azərbaycan komandası 3-cü turda Ermənistanı 5:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, sabah millimiz dairəvi sistem üzrə keçirilən komanda yarışında növbəti görüşlərinə çıxacaq. İlk olaraq Rusiya ilə qarşılaşacaq yığmamız son turda Qazaxıstanla üz-üzə gələcək.
Qaliblər sabah müəyyənləşəcək.