Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi rəsmiləşib.
Modern.az-ın məlumatına görə, komandamız artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.
Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib. Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib. Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1.
Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.
Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.