Modern.az

Kolleclərə ixtisas seçimi başa çatdı

Kolleclərə ixtisas seçimi başa çatdı

Aktual

8 Sentyabr 2021, 12:00

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, kolleclərə qəbul olmaq üçün bu il 33 088 abituriyent sənəd qəbulunda iştirak edib.

 

Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 099 (Azərbaycan bölməsi - 20 667, rus bölməsi - 432) nəfərdir.

 

Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 236, ixtisas seçimi edənlərin sayı isə 10 958 nəfər olub.

 

Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı