17-23 dekabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə ölkə ərazisində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Miqrasiya Xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində pozuntu halları aşkar edilmiş 7 sahibkarlıq subyekt ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Həmçinin, ötən həftə ərzində 698 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 57 nəfəri cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 611 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 30 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilibdir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
Modern.az