Modern.az

Bakı-Şuşa marşrutu ilə növbəti avtobus yola düşüb

Bakı-Şuşa marşrutu ilə növbəti avtobus yola düşüb

مورد توجه

29 Yanvar 2022, 08:25

Bakı-Şuşa marşrutu üzrə işləyən növbəti sərnişin avtobusu bu gün səhər saatlarında yola düşüb.

 

Modern.az xəbər verir ki, sərnişinlərlə dolu avtobus saat 06:30-da Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən reysı çıxıb.


Qeyd edək ki, Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat təşkil edir.

 

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Biletləri elektron qaydada "yolumuzqarabaga.az" portalından əldə etmək olar.
 

İişğaldan azad edilmiş ərazilərə yanvarın 24-dən sərnişin avtobuslarının müntəzəm reysləri başlayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı