Modern.az

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı

Aktual

29 Yanvar 2022, 14:09

Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Modern.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Ağcabədi şəhər sakini Elçin Mustafayev olduğu müəyyən edilib.


Xidmət rəsmisinin sözlərinə görə, Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın İsmayıllı bölməsinin ərazisində mühafizə rejimini pozan İsmayıllı rayon sakini Tərlan Qormuqov saxlanılıb.

 

Hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı