Modern.az

Qarabağın bərpası üçün vəsait müəyyənləşəcək -  QƏRAR

Qarabağın bərpası üçün vəsait müəyyənləşəcək -  QƏRAR

Aktual

29 Yanvar 2022, 16:40

2026-cı ilə qədər azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda qeyd olunub.

 

Sərəncama əsasən, Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sektorlar və istiqamətlər üzrə 2023-2026-cı illəri əhatə edən dövrdə (hər il üzrə ayrılıqda) bərpa və yenidənqurma işlərinin aparılması üçün tələb olunan vəsait barədə təkliflərini 2022-ci il martın 1-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı