Modern.az

Toya gedən koronavirus xəstəsi aşkarlandı

Toya gedən koronavirus xəstəsi aşkarlandı

Aktual

29 Yanvar 2022, 22:27

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən "Dan ulduzu" restoranında keçirilən toy mərasimində iştirak etmək istəyərkən qarşısı alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Bakı şəhər sakini Coşqun Mirzəyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

 

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

 

C.Mirzəyev barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı