Gürcüstanda son sutkada koronavirusa 17 265 yeni yoluxma halı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə hökumətin xüsusi rəsmi saytında məlumat yer alıb.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 162 773-ə çatıb.
Son bir gündə müalicə olunaraq sağalanların sayı 5 947 nəfər artaraq 1 001 275-ə, ölənlərin sayı isə 34 nəfər artaraq 14 945-ə yüksəlib.