Modern.az

Bu əsər 45 milyon dollara satıldı

Bu əsər 45 milyon dollara satıldı

Aktual

30 Yanvar 2022, 14:11

İtaliyalı rəssam Bolttiçellinin "Kədərlərin əri” ("Man of Sorrows") adlı tarixi əsəri Nyu-Yorkda təşkil olunan hərracda 45,4 milyon dollara satılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sotheby's” hərrac evi məlumat yayıb.

 

Qeyd olunur ki, 600 illik əsər XIX əsrdən şəxsi kolleksiyada saxlanılıb. Portretin sahibi onu 1993-cü ildə alıb. Rəsm əsərinin təqribən 1500-cü ildə çəkildiyi ehtimal olunur.

 

"Kədərlərin əri” cəmi 7 dəqiqə ərzində satılıb. Onu alan şəxsin adı açıqlanmayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı