Modern.az

Şəhriyar Məmmədyarov ikinci oldu

Şəhriyar Məmmədyarov ikinci oldu

Aktual

30 Yanvar 2022, 16:40

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 37 yaşlı qrossmeyster XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

 

Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı