Moskvada məktəbli qız 22-ci mərtəbədən yıxılsa da, sağ qalıb.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Hadisə paytaxtın Zaqoryevskaya küçəsində qeydə alınıb. Məlumata görə, qız evin pəncərəsindən yıxılıb. O, hazırda həkim nəzarətindədir.
Faktla bağlı araşdırma başlayıb. Hadisə zamanı qızın sərxoş vəziyyətdə olduğu bildirilir.