Xəbər verdiyimiz kimi, bu gün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışı olub.
Modern.az-ın məlumatına görə, bununla da Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin sayı 22-yə çatıb.
Mərkəzlərdən 6-sı paytaxt Bakıda, digər 16-sı isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir.