İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə XİN rəsmisi Əhməd əl-Sahhaf bildirib.
Onun sözlərinə görə, nazirin vəziyyəti yaxşıdır: "O sağalır və yaxın zamanda fəaliyyətini bərpa edəcək".
Qeyd edək ki, İraqda indiyədək 2,2 milyon nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Ölkədə 24 376 nəfər virusdan həyatını itirib.