Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Kaliforniyaya səfəri zamanı Silikon Vadisində çalışan və Amerikada yaşayan həmvətənlərimizlə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə Kaliforniya Azərbaycan Cəmiyyətinin professional iş adamlarının, yüksək texnologiyalar mütəxəssislərinin, intellektualların və tələbələrin təşəbbüsü ilə yaradılmış Kaliforniya Azərbaycan Evinin nümayəndələri iştirak ediblər.
Kaliforniyada Azərbaycan Cəmiyyətinin Mədəniyyət və Dostluq Mərkəzi olan Azərbaycan Evi öz missiyasını, məqsədlərini, gələcək planlarını məmnunluqla təqdim edib. Eyni zamanda, Kaliforniyadakı Azərbaycan Cəmiyyəti ilə Amerika ictimaiyyəti arasında mədəni fəaliyyət, ənənələr və dostluq münasibətlərini təbliğ etməyi hədəflədiyini bildirib.