Modern.az

8 noyabr prospektində hərəkət məhdudlaşdırılır

8 noyabr prospektində hərəkət məhdudlaşdırılır

Aktual

31 Yanvar 2022, 17:36

Sabahdan başlayaraq Bakının Xətai rayonunun 8 noyabr prospektində hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məlumat yayıb.

 

Məlumata görə, prospekt boyunca asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri davam etdiriləcək. İşlərin aparıldığı müddətdə propektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.

 

"Bu üzdən sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə qurum bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı