Modern.az

Qazaxıstan KTMT yanında daimi nümayəndəlik açır

Qazaxıstan KTMT yanında daimi nümayəndəlik açır

Aktual

1 Fevral 2022, 09:58

Qazaxıstan hakimiyyəti Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) respublikanın daimi nümayəndəliyini açmağı planlaşdırır. 

 

Modern.az xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayevin imzaladığı fərman layihəsində deyilir.

 

Fevralın 15-dək ictimai müzakirədə olan sənəddə qeyd olunur: “Mən Qazaxıstan Respublikasının Moskva şəhərində (Rusiya Federasiyası) KTMT yanında daimi nümayəndəliyini açmaq qərarına gəlirəm”.

 

Fərmana dair izahat qeydində bildirilir ki, sənəd təşkilat dövründə Qazaxıstanın Daimi Şuradakı səlahiyyətli nümayəndəsi statusunun KTMT-nin hüquqi bazasına və respublikanın diplomatik xidmət sahəsində qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə hazırlanıb.

 

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı