Modern.az

Bu rayonlarda yollar buz BAĞLAYACAQ

Bu rayonlarda yollar buz BAĞLAYACAQ

Aktual

1 Fevral 2022, 13:08

Ölkənin avtomobil yollarında sabaha gözlənilən vəziyyət açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinidən Modern.az-a verilən məlumata görə, fevralın 2-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

 

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı