Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası “COVID-19” pasportlarının ləğv olunması barədə qərar qəbul edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir, qərara əsasən, bu sənəddən yalnız xarici ölkələrə səfərlər zamanı istifadə olunacaq.
Qeyd edək ki, qonşu ölkədə “yaşıl pasport”lar ötən ilin dekabrın 1-dən etibarən tətbiq olunub.