Modern.az

Bakı ilə Aktau arasında uçuşlar başlayır

Bakı ilə Aktau arasında uçuşlar başlayır

مورد توجه

1 Fevral 2022, 14:40

“Azərbaycan Hava Yolları” aviaşirkəti uçuşların coğrafiyasını genişləndirdiyi barədə elan edir. Fevralın 18-dən aviadaşıyıcı Bakı-Aktau-Bakı marşrutu üzrə birbaşa reyslər açır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıdan Aktau şəhərinə uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.

 

Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

 

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

 

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər:

//www.azal.az/az/information/covid-kazakhstan

 

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: //www.azal.az/az/information/covid-clinics.

 

Sərnişin Aktau şəhərindən Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

 

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-azerbaijan.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı