Rusiyanın Soçi şəhər meriyasının saytında “Azərbaycanın 2020-ci il Vətən müharibəsində Qələbə günü”nün qeyd edilməsi ilə bağlı qərar dərc olunmuşdu. Siyahıda Soçidə keçiriləcək tədbirlər sırasında Azərbaycanın Zəfər Günü də yer almışdı. Lakin bu gün xəbər yayılıb ki, Zəfər Günü ilə bağlı informasiya həmin siyahıdan çıxarılıb.
Modern.az xəbər verir ki, Ermənistan mediası bu məlumatı geniş şəkildə dərc edərək, guya ermənilərin təkidi ilə rəsmi qərarın saytdan çıxarıldığını iddia ediblər.
Məsələyə Soçi meriyası münasibət bildirib. Qeyd olunub ki, meriyanın rəsmi saytına haker hücumu olub. Zəfər Günü tarixinin tədbirlər siyahısından silinməsi də məhz bununla əlaqədardır. Meriyanın verdiyi qərar qüvvədədir.
Meriyanın saytına kiberhücumun erməni hakerləri tərəfindən həyata keçirilməsi şübhə doğurmur. Onlar bu yolla növbəti dəfə siyasi təxribata əl atıblar.
Xatırladaq ki, Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi münasibətilə noyabrın 8-i Zəfər Günü kimi qeyd edilir.