Modern.az

Yevlaxda narkotacir qadın tutuldu

Yevlaxda narkotacir qadın tutuldu

مورد توجه

1 Fevral 2022, 18:44

Yevlax rayon sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Həmidə Dərvişova saxlanılıb.

 

Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə qablaşdırılmış metamfetamin, heroin və tiryək aşkar edilərək götürülüb.

 

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə H.Dərvişova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı