Modern.az

Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı

Azərbaycana gətirilən maşınların aksiz vergi dərəcələri artırıldı

Aktual

2 Fevral 2022, 08:32

Azərbaycanda avtomobillərin mühərrikinin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.

 

Modern.az xəbər verir ki, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.

 

Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı