"Türkiyə NATO-nun üzvü olaraq Rusiya və Ukrayna arasında müharibə istəmir".
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Mənim Ukraynaya səfərim olacaq, burada yüksək səviyyəli strateji şuranın iclası keçiriləcək. Sonra cənab Putin bizə səfər edəcək. Təbii ki, bizim problemimiz Ukrayna ilə Rusiya arasındakı vəziyyəti həll etməkdir. Biz Rusiya ilə Ukrayna arasında hər kəsin daim danışdığı müharibəni istəmirik. Bu, region üçün pis əlamətdir. Biz NATO ölkəsi olaraq bunu istəmirik, bunu qəbul etmirik", - deyə Ərdoğan Trabzonda gənclərlə görüşü zamanı vurğulayıb.