Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 380 milyon nəfəri ötüb.
Modern.az Worldometer saytına istinadən xəbər verir ki, son sutkada 3 milyon 2 min 497 yeni yoluxma faktı aşkarlanıb. Bununla da yoluxma sayı 381 milyon 935 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 705 min nəfərə, sağalanların sayı isə 302 milyon 829 min nəfərə çatıb.
ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə dünyada liderlik edir. Bu ölkədə koronavirusa 76 milyon 516 mindən çox insan yoluxub, 913 min 924 nəfər həyatını itirib, 46 milyon 647 mindən çox insan xəstəlikdən sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 41 milyon 630 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 497 min 996 nəfər vəfat edib, sağalanların sayı 39 milyon 511 min nəfərə yüksəlib.
Yoluxma göstəricisinə görə, üçüncü pillədə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 25 milyon 625 min nəfər virusa yoluxub, onlardan 628 min 132 nəfəri həyatını itirib, 22 milyon 353 min nəfər sağalıb.