İmişli rayonunun Qaralar kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
FHN-dən Modern.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.