Modern.az

Küçəyə atılan qadın sığınacağa yerləşdirildi

Küçəyə atılan qadın sığınacağa yerləşdirildi

Aktual

2 Fevral 2022, 15:12

Bir neçə gün əvvəl İmişli rayon sakini olan qadın gecə saatlarında Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət edərək, məişət zorakılığından zərər çəkdiyini, təhlükədə olduğunu, iki azyaşlı övladı ilə birlikdə küçədə qaldıqlarını bildirib.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman tərəfindən məsələyə operativ reaksiya verilərək, dərhal rayon icra hakimiyyətinə və polis şöbəsinə müraciət edilib, ana övladları ilə birgə tapılaraq müvafiq binada gecələmələrinə şərait yaradılıb. Daha sonra sənədləşdirmə işi aparılaraq, qadın və övladları Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən məsələ nəzarətdə saxlanılıb, Ombudsmanın əməkdaşları müəssisədə ana və onun övladları ilə görüşərək, onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu və hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə maraqlanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı