Modern.az

Ürək-damar xəstələrinə peyvənd ÇAĞIRIŞI

Ürək-damar xəstələrinə peyvənd ÇAĞIRIŞI

Aktual

2 Fevral 2022, 15:26

Yaz-yay fəslində ürək-damar xəstəliklərdən əziyyət çəkənlərin günəş altında qalması, eləcə də isti havada çox vaxt keçirməsi tövsiyə olunmur.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu "Ürək-damar xəstəlikləri və COVID-19" mövzusunda çıxışında deyib.

 

İ.Tahiroğlunun sözlərinə görə, bu cür xəstələr fəsildən asılı olmayaraq, daim həkim nəzarətində olmalıdırlar:

 

 “Həmin xəstələr yaz aylarında mümkün olduğu qədər isti hava altında qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həkim tərəfindən müəyyən edilmiş dərmanları vaxtı-vaxtında içməlidirlər. Soyuq aylarda isə damarlarda spazm yaranır. Bu da meydana gələcək infarkt riskini artırmış olur. Stendi olan şəxslərdə isə vəziyyət daha təhlükəli olur".

 

Həkim qeyd edib ki, ürək-damar xəstələri COVID-19 virusu ilə bağlı risk qrupuna daxildirlər:

 

"Xüsusilə şəkərli diabet, ürək çatışmazlığı xəstələrindən də yan keçmir. Aretmiya pozğunluğu olanlar bundan əziyyət çəkə bilər. Həmin şəxslər daha diqqətli olmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı