Modern.az

Binəqədidə Gənclər Günündə şəhidlərin məzarı ziyarət edildi - FOTOLAR

Binəqədidə Gənclər Günündə şəhidlərin məzarı ziyarət edildi - FOTOLAR

Aktual

2 Fevral 2022, 16:30

Binəqədi rayonunda 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirərək ən uca Zirvə- Şəhidlik zirvəsinə ucalmış qəhrəman gənclərimizin məzarları ziyarət edilib. 

 

Modern.az xəbər verir ki, ziyarətdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahvediyev, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, qəsəbə nümayəndəliyinin və bələdiyyələrin məsul şəxsləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbərliyi və gənclər iştirak ediblər.

 

Binəqədi Rayonu Biləcəri qəsəbəsi, Xocəsən qəsəbəsi və Binəqədi qəsəbələrində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərinə gələn nümayəndələr və gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

 

Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır!

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı