Modern.az

Goranboyda şəhid və qazilərin fədakarlığından danışıldı

Goranboyda şəhid və qazilərin fədakarlığından danışıldı

Aktual

2 Fevral 2022, 16:56

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, bir qrup  rayon ziyalılarının və gənclərinin  iştirakı ilə, “2 fevral Gənclər Günü” ilə bağlı tədbir keçirildi.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir Goranboy şəhəri 1 nömrəli tam orta məktəbin akt zalında davam etdirildi.

 

Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də, 44 günlük Şanlı Vətən müharibəsində gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını, vurğulayıb.

 

Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc, o cümlədən 44 günlük Şanlı Vətən müharibəsinin Qaziləri, uğurlu xidmətlərinə görə Goranboy rayon İcra Hakimiyyəti Başçısının  fəxri fərmanı ilə təltif ediliblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı