Modern.az

Prezident Sorosla Paşinyanın şəklindən DANIŞDI

Prezident Sorosla Paşinyanın şəklindən DANIŞDI

Aktual

3 Fevral 2022, 01:14

“Biz onları bütün meydanlarda məğlub etmişik – həm siyasi, həm də bütün başqa meydançalarda. Onların axırıncı arqumenti işğal edilmiş torpaqlar idi, o da onların əlindən çıxdı”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev gənclərlə görüşdə kənar təsirlərlə bağlı sualı cavablandırarkən bildirib.

 

Dövlət başçısı qeyd edib ki, ona görə indi onlar Ermənistanla birlikdə yeni planlar cızırlar:

 

“Məsələn, indi internetdə məşhur şəkil var - Soros və Nikol Paşinyan. Bilmirəm, görmüşünüz, yoxsa yox, amma axtarsanız taparsınız. Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır.

 

Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı