Argentinada kokain zəhərlənməsi nəticəsində azı 17 nəfər ölüb, 56 nəfər isə xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb.
Buenos-Ayres əyalətinin Səhiyyə Nazirliyi son 24 saat ərzində kokain zəhərlənməsi hallarının qeydə alındığı bələdiyyələrdəki səhiyyə məntəqələrinə təlimatlar göndərib.
Telekanalın məlumatına görə, xəstəxanalar zərərçəkənləri qəbul etməkdə davam edir.
Faktla əlaqədar 10 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməliyyatı davam edir.