Modern.az

Ərdoğan səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

Ərdoğan səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

Aktual

3 Fevral 2022, 08:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuat Oktaya təhvil verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.

 

Qeyd olunur ki, bu addım Ərdoğanın Ukraynaya səfəri ilə əlaqədardır.

 

Xatırladaq ki, bu gün Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanır. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

 

Qeyd edək ki, ötən gün Ukraynanın baş naziri Denis Şmıqal iki ölkə arasında fevralın 3-də Azad Ticarət Zonası sazişi də daxil olmaqla dövlətlərarası 12 saziş imzalanacağını bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı