Modern.az

Partlayış olan yerdən daha 17 kasetli bomba tapıldı

Partlayış olan yerdən daha 17 kasetli bomba tapıldı

Aktual

3 Fevral 2022, 11:40

Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda çobanın partlayış nəticəsində ölməsi faktı ilə bağlı məlumat yayıb.

 

Modern.az-ın xəbərinə görə, DİN-in bununla bağlı yaydığı məlumatda deyilir ki, fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

 

Yevlax Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı