Modern.az

4 yaşlı uşağı öldürməkdə şübhəli bilinən qonşu HƏBS OLUNDU

4 yaşlı uşağı öldürməkdə şübhəli bilinən qonşu HƏBS OLUNDU

Aktual

3 Fevral 2022, 13:39

Bakıda quyudan meyiti tapılmış 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Mehman Mansurovun barəsində qərar verilib.

 

Modern.az-ın məlumatına görə, Xəzər rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

 

Məhkəmədə təqdimat təmin edilib və M. Mansoruv barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

4 yaşlı M. Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü və daha sonra quyuya atıldığı iddia edilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı