Modern.az

Nazir ikinci dəfə koronavirusa yoluxdu

Nazir ikinci dəfə koronavirusa yoluxdu

Aktual

3 Fevral 2022, 14:31

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yenidən koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Nazirin infeksiyaya yoluxması səbəbindən onun bir sıra görüşləri, habelə Böyük Britaniyanın XİN başçısı Liz Trasla bu həftəyə planlaşdırılmış telefon danışığı təxirə salınıb.

 

Xatırladaq ki, Zalkaliani ötən ilin yanvarında da koronavirusa yoluxmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı