Bundan sonra e-Tabib tətbiqində GPS vasitəsilə ambulansı olduğun nöqtəyə çağırmaq mümkün olacaq.
Modern.az-ın məlumatına görə, bunu Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib.
Onun sözlərinə görə, əvvəllər bu sahədə infrastruktur kritik idi.
Qeyd edək ki, yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub. Tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər.