Modern.az

Almaniya ilə əlaqələrimiz yüksək səviyyədədir - Deputat

Almaniya ilə əlaqələrimiz yüksək səviyyədədir - Deputat

Aktual

15 Mart 2023, 17:42

Azərbaycan və Almaniya arasında əlaqələr yüksək səviyyədədir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

Prezident İlham Əliyevin Almaniyaya səfərindən danışan deputat iki ölkə arasında münasibətlərin yüksək olduğunu bildirib:

 

"Səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir. Bu görüşlərdə və daha sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrlə bağlıdır”.

 

Deputatın sözlərinə görə, rəsmi Berlin tərəfindən ölkəmizin ərazi bütövlüyünün birmənalı olaraq dəstəklənməsi diqqətəlayiq haldır:

 

“Səfər çərçivəsində Prezident İlham Əliyevin otuza yaxın biznes təmsilçiləri ilə görüşləri baş tutdu. Bu görüşlərdə ölkəmizin biznes potensialı və xarici sərmayəçilər üçün yaradılmış əlverişli biznes mühiti haqqında ətraflı məlumat verildi. Bu görüşlərdə və mətbuat konfransında ölkə başçısı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ənənəvi və bərpa olunan enerji ixracatı sahəsində strateji tərəfdaşlıq və bu əməkdaşlığın inkişaf potensialları barədə açıqlama verdi. Səfər çərçivəsində keçirilmiş görüşlərin Almaniya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyi şübhəsizdir və əminəm ki, qarşıdakı illərdə biz bunun faydalı nəticələrini görəcəyik”.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 13-14 may tarixlərində Almaniyada səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Almaniya Prezidenti, kansler, rəsmi şəxslər və aparıcı şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı