Modern.az

Liderlərin görüşü Şuşada keçiriləcəkdi... - İlham Əliyevdən jest

Liderlərin görüşü Şuşada keçiriləcəkdi... - İlham Əliyevdən jest

Aktual

16 Mart 2023, 10:08

Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, AZƏRTAC-da dərc olunan məqalədə qardaş ölkədəki Zirvə görüşünün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçiriləcəyi bildirilib.

 

Qeyd olunub ki, tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu, lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib.

 

"Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir", - deyə məqalədə vurğulanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı